BDU-da yerinə yetirilən layihə qızıl medala layiq görülüb

BDU-da yerinə yetirilən layihə qızıl medala layiq görülüb
# 07 iyun 2016 15:43 (UTC +04:00)

Bakı-APA. Hollandiyanın Utrext şəhərində keçirilən Ətraf Mühit və Dayanıqlı İnkişaf Benəlxalq elmi Layihələr Olimpiadasında - INESPO (International Environment & Sustainability Project Olympiad) Bakı Avropa Liseyi və 6 saylı tam orta məktəb-liseyin 9-cu sinif şagirdləri və Nurəddin Sadıqov və Aylin Süleymanovanın təqdim etdiyi “Şoran torpaqlarda bitkilərin inkişafına nanohissəciklərin təsirinin tədqiqi” mövzusundakı elmi layihələri qızıl medala layiq görülüb. Bu barədə APA-ya Bakı Dövlət Universitetindən (BDU) bildirilib.

Məlumata görə, BDU-nun Nanoaraşdırmalar mərkəzində professor Məmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilən layihənin beynəlxalq olimpiadada yüksək qiymətə layiq görülməsi olduqca təqdirəlayiq hal kimi qiymətləndirilib.

Qeyd olunub ki, BDU-nun Nanoaraşdırmalar laboratoriyasında respublikanın orta məktəblərində oxuyan istedadlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlanması artıq ənənənə şəklini alıb.

İNESPO olimpiadası 13-18 yaşlı şagirdlər arasında 8 ildir ki keçirilir. Hər il 100-dən artıq layihənin təqdim edildiyi olimpiadaya 50-dək ölkəndən şagirdlər qatılır. Layihələrin Qiymətləndirmə Şurasında dünyanın məşhur alimləri iştirak edirlər. Azərbaycan şagirdləri adıçəkilən olimpiadada bir neçə dəfə iştirak etsələr də, ilk dəfə olaraq qızıl medala layiq görülüblər.

BDU-da dünya elminin prioritet istiqaməti olan Nanotexnologiya sahəsində araşdırmalar aparmaqla yanaşı, orta məktəb şagirdlərinin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində bir çox uğurlu layihələrə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR