Bank Of Baku

"Greenfields Petroleum"un səhmlərinin dəyəri 7,7% azalıb

"Greenfields Petroleum"un səhmlərinin dəyəri 7,7% azalıb
# 28 noyabr 2019 11:20 (UTC +04:00)

"Greenfields Petroleum" şirkətinin səhmlərinin dəyəri 7,7% azalıb.

"APA-Economics"in "MitchellMessenger"ə istinadən verdiyi məlumata görə, səhmlər sonuncu dəfə bazar ertəsi 0,06 Kanada dolları (0,045 ABŞ dolları) səviyyəsində ticarət edilib və təxminən 12 000 səhm satılıb. 9 197 səhm üzrə orta gündəlik həcmindən 30%-lik artım qeydə alınıb. Bundan əvvəl səhmlər 0,07 Kanada dolları (0,053 ABŞ dolları) səviyyəsində satılıb.

Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80%-lik iştirak payına malikdir, qalan 20%-i isə SOCAR-a məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR