Dünya Bankı ilə Azərbaycan arasında «Azərbaycan maliyyə sisteminin modernləşməsi» layihəsi üzrə yenidən danışıqlar aparılacaq

Dünya Bankı ilə Azərbaycan arasında «Azərbaycan maliyyə sisteminin modernləşməsi» layihəsi üzrə yenidən danışıqlar aparılacaq
# 28 iyul 2008 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında «Azərbaycan maliyyə sisteminin modernləşməsi» layihəsi üzrə yenidən müzakirələr aparılacaq. Bu barədə «APA-Economics»ə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak bildirib. Q. Yedjeyçakın sözlərinə görə, layihə çərçivəsində DB-nin Beynəlxalq İnkişaf Assosiasiyası (İDA) tərəfindən 10 mln. ABŞ dollarının ayrılması nəzərdə tutulurdu ki, bu da İDA-nın Azərbaycana ayıracağı son kredit xətlərindən biri olacaqdı: «Lakin bir neçə səbəbə görə layihənin icrasına başlanmadı. Lakin bu o demək deyil ki, layihə həyata keçirilməyəcək. Belə ki, tərəflər arasında bu layihə üzrə yenidən müzakirələr aparılacaq».
Qeyd edək ki, kreditin Azərbaycan Milli Bankı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Milli Depozit Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsinə sərf olunması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR