Azər Əmiraslanov: «BVF-in hesabatında 2012-2013-cü illərdə Azərbaycanda hər hansı böhran və tənəzzülün baş verəcəyi göstərilməyib»
31 iyul 2008 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərbaycanda 2012-2013-cü illərdə nəinki maliyyə böhranı gözlənilir, əksinə həmin illər ölkənin maliyyə dayaqlarının daha da möhkəmlənməsi, tədiyyə qabiliyyətinin artması ilə səciyyələnəcək». «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda növbəti 5 ildə iqtisadi böhran yaranacağı barədə proqnozlarına münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komissiyasının sədr müavini Azər Əmiraslanov bildirib. A. Əmiraslanovun sözlərinə görə, hesabatda həmin dövrdə Azərbaycanda hər hansı böhran və tənəzzülün baş verəcəyi göstərilməyib: «Maliyyə institutlarının pessimist ssenari üzrə hazırladıqları proqnozlarla manipulyasiya etmək, Azərbaycan iqtisadiyyatının zəifləməsi, hətta maliyyə böhranına səbəb olacağı barədə yanlış təsəvvürlər formalaşdırmaq tamamilə əsassızdır». BVF-nin proqnozlarına görə, iqtisadi artım tempi 2011-ci ildə ən aşağı həddə, yəni 1,6%-ə enəcək, 2012-2013-cü illərdə isə ÜDM həcminin müvafiq olaraq 1,7-2,6% azalması proqnozlaşdırılır: «Artım tempinin tədricən azalacağına dair proqnozlar heç də yenilik deyil və bu təbiidir. BVF-dən əvvəl buna bənzər proqnozları Azərbaycan hökuməti hazırlayıb və 2008-ci ilin büdcə zərfinə daxil edib».
A. Əmiraslanov bildirib ki, ortamüddətli perspektivdə iqtisadi artımda keyfiyyət dəyişikliklərinin baş verəcəyini həm hökumətin, həm də BVF-in proqnozlarında görmək olar: “Məsələn, 2007-ci ildə ÜDM-in 59%-ni təşkil edən neft sektorunun payı 2011-ci ildə 47%-ə enəcək. BVF 2008-ci ildə qeyri-neft sektorunun 9% artacağını, cari hesablar balansının ÜDM-nin 39%-nə çatacağını, strateji valyuta ehtiyatlarının 25 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır”.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024