Bank Of Baku

«Kapital Bank» xarici maliyyə qurumlardan maliyyə vəsaiti cəlb edəcək

«Kapital Bank» xarici maliyyə qurumlardan maliyyə vəsaiti cəlb edəcək
# 31 iyul 2008 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankı xarici maliyyə təşkilatlarından maliyyə vəsaiti cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, «Kapital Bank»ın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib ki, xarici mənbələrdən maliyyə vəsaitinin cəlb olunmasından başqa «Kapital Bank» öz biznesini Azərbaycandan kənara çıxarıb yüksək gəlirlər əldə etmək niyyətindədir: «Bütün bu məsələlər bankın təsisçilərinin yığıncağında müzakirə olunacaq».
Qeyd edək ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 88 filialı fəaliyyət göstərir. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq, «Kapital Bank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR