«Unibank» regional filial şəbəkəsini genişləndirib
01 avqust 2008 07:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın «Unibank» Səhmdar Kommersiya Bankı Şəmkir rayonunda regional filialını istifadəyə verib. «Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, «Şəmkir» filialı müştərilərə «Unibank» tərəfindən təqdim olunan bütün bank xidmətlərini göstərir. Ümumiyyətlə, bu ilin əvvəlindən «Unibank» 9 yeni filial açıb ki, bunlardan da 7-si Bakıda yerləşir. Hazırda bankın 16 paytaxt və 4 regional filialı mövcuddur.
Yaxın zamanlarda «Unibank» Quba, Lənkəran, Qəbələ, Bərdə, Mingəçevir və Xırdalan şəhərlərində də filialların açılmasını planlaşdırır.
Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 15 mln. manat, məcmu kapitalı isə 36,5 mln. manat təşkil edir.

Maliyyə
Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən Respublika Fənn Olimpiadaları yekunlaşıb
17:19
23 may 2024
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
16:46
23 may 2024
"Rabitəbank"da əmanətiniz qazanc üstə qazanc gətirəcək
15:53
23 may 2024
Nazir: Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, xərclərin ümumi çəkisi ÜDM-in 34 faizinə çatdırılacaq
15:18
23 may 2024