«Standard Insurance» ödənilmiş nizamnamə kapitalını artıracaq
01 avqust 2008 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində «Standard Insurance» sığorta şirkəti tərəfindən yığılan sığorta mükafatlarının həcmi 9,02 mln. manat təşkil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yığılan sığorta mükafatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,72% artıb. Bundan başqa, hesabat dövründə «Standard Insurance» apardığı bazar araşdırmasının nəticələrinə əsaslanaraq yeni sığorta məhsullarının inkişaf planını tərtib edib. Sığorta bazarına geniş müştəri kütləsi cəlb etmək məqsədinə yönəldilmiş həmin plana uyğun olaraq ölkə bazarına ekspress sığorta məhsulları təqdim edilməyə başlanıb.
«Standard Insurance» sığorta şirkəti hazırda 8 mln. manat təşkil edən ödənilmiş nizamnamə kapitalını daha da artırmağı planlaşdırır. Eyni zamanda şirkətin kapitalı artım göstərərək 13 mln. manata çatıb.
Qeyd edək ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin 2 regional nümayəndəliyi və paytaxt, habelə ölkə regionlarını əhatə edən geniş agent şəbəkəsi mövcuddur.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024