Bank Of Baku

Azərbaycanda adambaşına düşən ÜDM istehsalı 15% artıb

Azərbaycanda adambaşına düşən ÜDM istehsalı 15% artıb
# 06 avqust 2008 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk altı ayı ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2007-ci ilin eyni dövrü ilə müqayisədə 16,5% artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2008-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifovun sözlərinə görə, hesabat dövründə adambaşına düşən ÜDM istehsalı 15,2% artaraq 2 169 manat və ya 2 600 ABŞ dolları səviyyəsinə çatıb. «İqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də sürətli artımı hesabına baş verir. Belə ki, bu ilin altı ayında qeyri-neft sahələrində artım 15,6% səviyyəsində olub», - deyə S. Şərifov bildirib.
Nazirin sözlərinə görə, ölkənin sənaye sahələrində bu ilin birinci yarısında artım 13,8%, aqrar sektorda isə 10,7% təşkil edib.
Xidmət sahələrinə gəldikdə, S. Şərifov vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımaları 13,2%, rabitə xidmətləri 37,3%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 29,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR