Bank Of Baku

«Fitch Ratings» Azərbaycan Mikromaliyyələşdirmə Bankına «BB+» reytinqi verib

«Fitch Ratings» Azərbaycan Mikromaliyyələşdirmə Bankına «BB+» reytinqi verib
# 06 avqust 2008 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Mikromaliyyələşdirmə Bankına (AMMB) Azərbaycanda ən yüksək özəl maliyyə qurumu üçün nəzərdə tutulmuş uzunmüddətli defolt emitent «BB+» reytinqi verib. AMMB-dən «APA-Economics»ə verilən məlumata görə, agentlik, həmçinin fərdi reytinqinin D/E və dəstək reytinqinin 3 «dəstək səviyyəsi yoxdur» olduğunu təsdiqləyib. Bankın defolt emitent reytinqi üzrə proqnoz isə «Sabit»dir.
«Fitch» agentliyi hesabatında AMMB fəaliyyətinin «yaxşı», aktivlərin keyfiyyətini «sağlam və sabit», bankın likvidlliyinin isə «kifayət» olduğunu təsdiq edib.
Qeyd edək ki, AMMB 2002-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına AYİB (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH» konsaltinq şirkəti (3,47%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR