Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: “Ötən ay Azərbaycanda ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında müşahidə olunub”

İqtisadi Tədqiqatlar Mərkəzi: “Ötən ay Azərbaycanda ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında müşahidə olunub”
# 11 avqust 2008 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutu Budapeşt Fondunun “İnstitusional yardım” layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda bu ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İqtisadi Tədqiqatlar Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, iyul ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi 0,72%, Bakıda 0,44%, regionda isə 1,09% olub.

Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında müşahidə olunub - 0,91%. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə 0,67%, xidmət üzrə isə 0,29% təşkil edib. Mərkəzin hesablamalarına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 15,58%, bu ilin iyul ayının ötən ilin iyul ayı ilə müqayisəsində illik inflyasiya isə 29,1% olub.

Aparılmış statistik müşahidə nəticəsində məlum olub ki, bu ilin iyul ayında ən çox bahalaşma ərzaq məhsulları üzrə göyərti (66,55%), yemiş (56,07%), şəkər (21,77%), çiyələk (14,74%), yer xiyarı (14,12%), qeyri-ərzaq məhsulları üzrə giriş üçün mebel (13,25%), soyuducular (11,99%), velosipedlər (2,53%), xidmət üzrə isə restoran tərəfindən yeməklə təmin edilmə xidmətləri (14,94%), otel və mehmanxanalar tərəfindən mənzil xidməti (11,09%) üzrə olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə yer pomidoru (14,75%), limon (11,28%), təzə kartof (11,03%), şaftalı (6,94%) və buğda ununda (4,12 faiz) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR