Bank Of Baku

AİB Azərbaycanda nəqliyyat sisteminin inkişafı üçün yeni kredit ayırmağa hazırdır

AİB Azərbaycanda nəqliyyat sisteminin inkişafı üçün yeni kredit ayırmağa hazırdır
# 12 avqust 2008 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) nəqliyyat üzrə baş mütəxəssisi Donqsu Pyonun (Dongsoo Pyo) Azərbaycana səfəri başa çatır. Bu barədə «APA-Economics»ə AİB-in Bakı nümayəndəliyindən bildirilib.

«Avqustun 5-dən Azərbaycanda olan AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Nəqliyyat Nazirliyində bir sıra görüşlər keçirib. Görüşlər çərçivəsində AİB təmsilçisi qeyd edib ki, bank Azərbaycanda avtomobil və dəmir yollarının yenidənqurma, tikinti və təkmilləşdirilməsi üçün kredit ayırmağa hazırdır», - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, hazırda AİB Azərbaycanda Masallı-Astara avtomobil yolunun yenidən qurulmasında və «Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək» layihəsində iştirak edir.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR