Bank Of Baku

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına 6 166,5 mln. manat kredit qoyulub

Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatına 6 166,5 mln. manat kredit qoyulub
# 12 avqust 2008 10:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 6 166,5 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının mətbuat xidmətindən məlumat verilib.

İyun ayına nisbətən bu göstərici 1,7%, 2007-ci il iyul ayının 1-nə nisbətən isə 78,3% artıb. Kredit qoyuluşlarının 99,9 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
İyulun 1-nə kreditlərin 1 848,5 mln. manatı (30%) qısamüddətli, 4 318 mln. manatı (70%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 64,1 mln. manatı və ya 3,5%-i, uzunmüddətli kreditlərin isə 35,8 mln. manatı və ya 0,8%-i vaxtı keçmiş kreditlərdir.

Dövlət bankları tərəfindən iqtisadiyyata 2 753,3 mln. manat (44,6%), özəl banklar tərəfindən 3 272 mln. manat (53,1%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 141,1 mln. manat (2,3%) kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1 850,2 mln. manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 30%-ə bərabərdir.

Tam xarici kapitalla fəaliyyət göstərən banklar isə 289,8 mln. manat (4,7%) kredit veriblər. Kreditlərin 3 278,7 mln. manatı və ya 53,2%-i manatla, 2 887,8 mln. manatı və ya 46,8%-i xarici valyuta ilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR