Bank Of Baku

Cari ilin II rübü ərzində Azərbaycanda 46 bank fəaliyyət göstərib

Cari ilin II rübü ərzində Azərbaycanda 46 bank fəaliyyət göstərib
# 12 avqust 2008 10:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin ikinci rübü ərzində Azərbaycanda bank əməliyyatları aparmaq üçün 96-sı qeyri-bank kredit təşkilatı olmaqla 142 kredit təşkilatının lisenziyası olub. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə Azərbaycanda 46 bank fəaliyyət göstərib ki, onlardan 2-si dövlət, 44-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən bankların sayı isə 24-dür. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 15 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edib.

Xarici bankların 2 yerli filialı olub. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 530-a çatıb, bunların 125-i dövlət, 405-i isə özəl bankların payına düşüb. Yerli filialları olan bankların sayı 41, bank şöbələrinin sayı isə 95 olub. Bankların xaricdə 7 strukturu olub ki, bunlardan 4-ü nümayəndəlik, 2-si törəmə bank, 1-i isə filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR