Azərbaycan və Rusiya investisiyaların qorunmasına dair sazişi ilin sonunadək imzalaya bilər
14 avqust 2008 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanla Rusiya arasında investisiyaların qorunması və təşviqi haqqında saziş tərəflər arasında bu sənədin müddəti və qüvvəyə minməsi ilə bağlı fikir ayrılığı olduğuna görə Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri çərçivəsində imzalanmayıb. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrin qeyd edib ki, 2008-ci ilin sonunadək bu sazişin imzalanacağı istisna olunmur: «Bu sənədin tərəflər arasında imzalanmaması səbəbindən Rusiya kapitalı investisiya zəmanətinin alınması üçüncü ölkədə qeydiyyatdan keçməlidir. Bunun nəticəsində hazırda Rusiyanın Azərbaycandakı investisiyaları cəmi 3 mln. ABŞ dolları təşkil edir».
Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitalının iştirakı ilə yaradılmış 500-dən artıq müştərək müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda 100% Rusiya kapitallı 164 müəssisə mövcuddur.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024