Payızda Azərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanacaq
15 avqust 2008 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin payızında Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Türkiyə Banklar Assosiasiyasının rəhbərləri arasında görüş keçiriləcək.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, görüşün əsas məqsədi hər iki dövlətin bank assosiasiyaları arasında əməkdaşlıq haqqında saziş imzalamaqdan ibarətdir. Sazişdə iki ölkə arasında bank sahəsində təcrübə mübadiləsinin aparılması, təhsil və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.
Xatırladaq ki, ABA indiyədək 15 ölkənin bank assosiasiyası ilə analoji sazişlər imzalayıb. İlk saziş isə Rusiya Banklar Assosiasiyası ilə bağlanıb.
Qeyd edək ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 43 bank və 4 qeyri-bank təşkilatı üzvdür.

Maliyyə
Unibank "Yaşıllayihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
15:12
1 may 2024
Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek
13:48
1 may 2024
Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir
12:38
1 may 2024
AMB sədri xarici valyutaya tələbin artmasının səbəblərini açıqlayıb
12:09
1 may 2024