Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvlərinin sayı tezliklə 13-ə çatacaq
15 avqust 2008 10:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına (ALŞA) daha 4 maliyyə təşkilatı üzv olmaq niyyətindədir.
ALŞA-nın icraçı direktoru Ülviyyə Hüseynovanın «APA-Economics»ə verdiyi məlumata görə, potensial üzvlər sırasında «Nikoil Leasing», «Azərbaycan Sənaye Lizinq», «Parex Leasing» və «Azərdəmiryolbank» var. Yeni üzvlərin Assosiasiyaya qəbul edilməsi məsələsi ALŞA-nın iyun ayında keçirilən iclasında müzakirə edilib. Bununla da ALŞA-ya üzv olan təşkilatların sayı 13-ə çatacaq.
Xatırladaq ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir. İndiyədək Assosiasiyaya 9 lizinq şirkəti üzv olub.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024