Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 15 avqust 2008 11:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Sığorta fəaliyyəti haqqında» qanununa müvafiq olaraq «Günay Anadolu» Açıq Səhmdar Cəmiyyətinə (ASC) müddətsiz lisenziya verib. Şirkətin baş direktoru Mehman Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, şirkətə verilən lisenziya bu ilin avqust ayının 14-dən qüvvəyə minib.
Qeyd edək ki, bu günədək Maliyyə Nazirliyi tərəfindən «Azərqarant» və «Kavkaz Sığorta» şirkətlərinə də müddətsiz lisenziya verilib.
Xatırladaq ki, «Günay-Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 635,461 min manat, sığorta ödənişləri isə 79,308 min manat olub. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,502 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR