«KredoBank»ın aktivləri yanvar-iyun aylarında 37% artıb

«KredoBank»ın aktivləri yanvar-iyun aylarında 37% artıb
# 18 avqust 2008 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 26,130 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 37,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 66,2% artaraq 19,357 mln. manata, depozit portfeli isə 28,8% artaraq 4,017 mln. manata çatıb.
Bankın məcmu kapitalı 26,8% artaraq 14,351 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,9% artaraq 12,640 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,4% artaraq 3,454 mln. manat, xərcləri isə 72,9% artaraq 2,059 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 74,2% artaraq 1,395 mln. manat, xalis mənfəəti isə 76,6% artaraq 1,127 mln. manat təşkil edib.
Bundan başqa, bu dövr ərzində bankın işçilərinin sayı 7,3% artaraq 117 nəfər, orta aylıq əmək haqqı isə 2,1 dəfə artaraq 125 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Hazırda bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR