«Parabank» avroda yeni depozit məhsulu təklif edib
18 avqust 2008 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərə avro ilə yeni əmanət növünü təklif edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank avro ilə 3, 6, 9 və 12 aylıq əmanətlər qəbul edir və əmanətçilər depozitlər üzrə faizlərini ayda, rübdə, yarım ildə, ildə bir dəfə və ya müddətin sonunda ala bilər.
Əmanətlər üzrə faizlər 3 aylıq əmanətlər üçün illik 8%, 6 aylıq - 10%, 9 aylıq - 11% və 12 aylıq əmanətlər üçün illik 14% gəlirliyi ilə hesablanır. Əmanətlərin həcmi məhdudlaşdırılmır və depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Qeyd edək ki, əmanətin müddətindən asılı olmayaraq, bankın əmanətçiləri pulsuz «Visa» plastik kartları əldə edir. Müddətli depozit yerləşdirilməsi üzrə müqavilənin qüvvədə olduğu dövrdə əmanətçi sadələşdirilmiş prosedurla əmanətin cari məbləğinin 80%-i həcmində kredit ala bilər.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» SKB 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 56,5 mln. manat, kredit portfeli 33,79 mln. manat, depozit portfeli 30,43 mln. manat, məcmu kapitalı 11,95 mln. manat, nizamnamə kapitalı 9,394 mln. manat təşkil edib. Bankın respublika üzrə 8 filialı, 9 bankomatı və 115 POS-terminalı fəaliyyət göstərir.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024