Bank «Nikoil» yanvar-iyun aylarında aktivlərini 2,2 dəfə artırıb

Bank «Nikoil» yanvar-iyun aylarında aktivlərini 2,2 dəfə artırıb
# 18 avqust 2008 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 170,021 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2 dəfə artaraq 120,947 mln. manata, depozit portfeli isə 71,2% genişlənərək 74,821 mln. manata çatıb.
Bankın məcmu kapitalı 2,2 dəfə artaraq 27,895 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 22,5 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji göstəricisi ilə müqayisədə 99,6% artaraq 12,732 mln. manat, xərcləri isə 94% artaraq 11 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 2,5 dəfə artaraq 1,732 mln. manat, xalis mənfəəti isə 2,4 dəfə artaraq 1,351 mln. manata çatıb.
Xatırladaq ki, bank son bir ildə əlavə 3 filial açıb, həmçinin 5 bankomat və 12 POS-terminal quraşdırıb. Bundan başqa, bu dövr ərzində bankın işçilərinin sayı 27,4% artaraq 274 nəfər təşkil edib.
Təsisçisi Rusiyanın «UralSib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 10 filialı, 14 bankomatı və 74 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR