Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Azərbaycana gəlib

Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Azərbaycana gəlib
# 19 avqust 2008 09:36 (UTC +04:00)
IFC-nin Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bir gün davam edəcək səfər çərçivəsində L.Tanel Azərbaycan hökumətinin və özəl sektorun nümayəndələri ilə görüşəcək. Bundan başqa, IFC ilə Azərbaycan hökuməti arasında ölkədə sahibkarlıq mühitinin inkişafına dair saziş imzalanacaq. Əsasən tanışlıq xarakteri daşıyan səfər L.Tanelin Orta Asiya və Azərbaycan üzrə turnesi çərçivəsində həyata keçirilir. Turne çərçivəsində L.Tanel artıq Qırğızıstan və Tacikistanda olub və bu ölkələrlə korporasiya arasında bir neçə sənəd imzalanıb.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində IFC Azərbaycanda həyata keçirilən 40-a yaxın layihənin icrasına 400 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR