Bank Of Baku

«Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi» üzrə kredit sazişi sentyabrın sonunda imzalana bilər

«Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi» üzrə kredit sazişi sentyabrın sonunda imzalana bilər
# 19 avqust 2008 10:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin maliyyələşdirilməsi üçün Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında kredit sazişi sentyabrın sonunda imzalana bilər. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda imzalanma mərasiminin tarixinin müəyyənləşdirilməsi ilə bağlı DB ilə Azərbaycan hökuməti arasında danışıqlar aparılır.
Nazirlikdən bildirilib ki, bu ilin sonundan həyata keçirilməsi nəzərdə tutulan layihə beş ili - 2008-2013-cü illəri əhatə edəcək. Ümumi dəyəri 54,6 mln. ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün DB Azərbaycana 26,7 mln. dollar kredit ayıracaq, qalan vəsait isə ölkə hökuməti tərəfindən maliyyələşdirələcək. Ümumilikdə layihə üçün nəzərdə tutulan vəsaitin 12 mln. dollara yaxınının Azərbaycanda pensiya islahatlarının aparılmasına, qalan vəsait isə sosial müdafiə sistemi sahəsində işlərin aparılmasına sərf ediləcək.
Layihə çərçivəsində əmək bazarı institutlarının modernləşdirilməsi, əmək qanunvericiliyinə dəyişiklərin edilməsi, gənclərin məşğulluğu üçün texniki tədbirlərin görülməsi, aktiv məşğulluq proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)»nın icrası ilə əlaqədar reallaşacaq proqramlar da dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR