Bank Of Baku

«Azədəmiryolbank» əhaliyə 4 yeni depozit məhsulu təqdim edib

«Azədəmiryolbank» əhaliyə 4 yeni depozit məhsulu təqdim edib
# 19 avqust 2008 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azədəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) pərakəndə xidmətlər çeşidini genişləndirmək məqsədilə 4 yeni depozit məhsulu təqdim edib.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun hər birisinin adına və məzmununa görə uyğun rəng verilib ki, müştərilər asan şəkildə istənilən depozit növünü seçə bilsin.
Qeyd edək ki, bu məhsullar sırasında «Göy-Standart depoziti»nin maksimal illik faiz dərəcəsi 18,75% təşkil edir. Müştərinin seçimi ilə faizlərin ödənilməsi hər ay, ilin sonunda və ya müqavilə müddətinin sonunda aparılır. Depozitin şərtlərinə görə, minimal məbləğ 1000 manat (dollar, avro) olmaqla vəsaitlər 3 aydan 2 ilədək müddətə qəbul olunur.
«Yaşıl-Rahat depoziti»nin şərtlərinə görə, faizlər əmanət açılan zaman və ya hər müqavilə ilinin əvvəlində ödənilir və illik maksimum 14,5% təşkil edir. Depozit üzrə minimal məbləğ 3000 manat (dollar, avro) olmaqla vəsaitlər 1 ildən 3 ilədək qəbul olunur.
«Qırmızı-Ehtiyat depoziti»nin şərtlərinə görə, faizlərin üzərinə faiz hesablanır. Depozit minimum 100 manat (dollar) məbləğində 12 və ya 24 ay müddətinə qəbul olunur. Maksimal illik faiz dərəcəsi ABŞ dolları ilə illik 16% təşkil edir. Bu əmanət növünün şərtlərinə görə, müştəri istənilən vaxt minimum 50 AZN/USD olmaqla hesabına əlavə pul yerləşdirə bilər.
«Sarı-Sərbəst depoziti» üzrə maksimal faiz dərəcəsi illik 18% təşkil edir. Vaxtından əvvəl götürüldüyü halda depozitə cərimə tətbiq olunmur. Depozit minimum 500 manat (dollar) məbləğində 1 il müddətinə qəbul olunur. Bu növ üzrə də müştəri istənilən vaxt minimum 50 manat (dollar) hesabına əlavə pul yerləşdirə bilər.
Qeyd edək ki, «Azədəmiryolbank»ın müddətli əmanətlərinin həcmi bu ilin iyulun ayının 1-nə 39 mln. manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR