Bank Of Baku

«Azərnəqliyyatbank» ilk yarımillikdə gəlirlərini 50% artırıb

«Azərnəqliyyatbank» ilk yarımillikdə gəlirlərini 50% artırıb
# 19 avqust 2008 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 19,975 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 0,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,4% azalaraq 16,050 mln. manata, depozit portfeli isə 3,9% azalaraq 8,043 mln. manata çatıb. Bankın məcmu kapitalı 1,4% artaraq 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 0,9% artaraq 10,784 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 50% artaraq 2,182 mln. manat, xərcləri isə 57,5% artaraq 2,118 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 41,8% azalaraq 64 min manat təşkil edib.
Xatırladaq ki, bu dövr ərzində bankın işçilərinin sayı 12,8% artaraq 106 nəfər, orta aylıq əmək haqqı isə 4,8% artaraq 286 manat təşkil edib.
«Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR