Bank Of Baku

Azərbaycan Milli Bankı portfel idarəetmə sisteminin alınması üçün tender keçirir

Azərbaycan Milli Bankı portfel idarəetmə sisteminin alınması üçün tender keçirir
# 19 avqust 2008 11:42 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) portfel idarəetmə sistemi xidmətlərinin alınması məqsədi ilə açıq tender elan edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, mərkəzi bank öz valyuta ehtiyatlarının idarə edilməsi üçün portfel idarəetmə sistemini almaq niyyətindədir. Tenderdə funksional olaraq zəngin və yüksək göstəricilərə malik portfel idarəetmə sistemini təklif edən maliyyə texnologiyaları şirkətləri iştirak edə bilərlər. Tenderdə iştirak edən şirkət institusional portfel idarəetmə sistemlərinin hazırlanması və quraşdırılması sahəsində 5 illik təcrübəyə, beynəlxalq institusional müştəri bazasına malik olmalı və təklif etdiyi portfel idarəetmə sisteminin satışından ən azı 5 mln. ABŞ dolları məbləğində illik gəlir əldə etməlidir.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar 1000 manat (və ya ABŞ dolları ekvivalentində) məbləğində iştirak haqqı ödəməlidir. Bütün zəruri sənədlər sentyabrın 19-dək təqdim edilməlidir. Tender təklifi isə oktyabrın 2-dək təqdim olunmalıdır.
Qeyd edək ki, tender təkliflərinin açılması proseduru oktyabrın 3-də AMB-nin Bakıdakı inzibati binasında keçiriləcək. Təkliflərin qiymətləndirilməsi maliyyə amili, funksionallıq, texnologiya və əsas şərtlər toplusunda göstərilən digər üstünlük meyarlarına əsasən həyata keçiriləcək. Əlaqə telefonu: (+994 12) 498 03 63.
Xatırladaq ki, AMB-nin aktivlərinin həcmi cari ilin iyul ayının 30-na təqribən 5 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR