İFC ilə Azərbaycan arasında «Biznes mühitinin təkmilləşdirilməsi Layihəsi» üzrə Anlaşma Memorandumu imzalanıb
19 avqust 2008 16:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev, Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə Azərbaycan hökuməti arasında «Biznes mühitinin təkmilləşdirilməsi Layihəsi» üzrə Anlaşma Memorandumu imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədi İFC tərəfindən Bakıda səfərdə olan korporasiyanın vitse-prezidenti, baş icraçı direktoru Lars Tanel, Azərbaycan tərəfindən isə iqtisadi inkişaf naziri Heydər Babayev imzalayıb.
Tədbirdə çıxış edən H.Babayev qeyd edib ki, Azərbaycanın əsas prioritetləri iqtisadiyyatın diversifikasiyası və davamlı inkişafın təmin olunmasıdır: «Biz sahibkarlara və hökumətin daha az iş həcmi ilə yükləndiyi bir mühit yaratmalı, çevik və rəqabətli özəl sektor üçün daha geniş imkanlar açmalıyıq».
Nazir həmçinin vurğulayıb ki, bu layihə Azərbaycanın «Doing Business» reytinqini bir qədər də artıra bilər.
İFC-nin vitse-prezidenti, baş icraçı direktoru Lars Tanelin sözlərinə görə, layihə çərçivəsində müəssisələr arasında biznes əlaqələrin yaxşılaşmasına səbəb olacaq: «Əsas məqsədimiz Azərbaycanda biznes mühitini bir il ərzində transformasiya etməkdir. Sağlam biznes mühiti iqtisadi inkişaf, yeni iş yerlərinin açılması və Azərbaycana investisiyaların cəlb edilməsi üçün vacibdir».
Qeyd edək ki, layihənin məqsədi ölkədə biznes mühitinin təkmilləşdirilməsi, davamlı və hərtərəfli iqtisadi inkişafın təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək olmaqdır. Layihəyə uğun olaraq İFC biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində özəl şirkətlərin qarşılaşdığı çətinlikləri azaltmaq məqsədi ilə ölkə hökuməti ilə sıx əməkdaşlıq edəcək.
İFC həmçinin tənzimləyici prosedurların özəl şirkətlərə olan təsirin araşdırılması sahəsində İqtisadi İnkişaf Nazirliyinə məsləhət xidmətləri göstərəcək və hökumətlə özəl sektor arasında dialoqu təşviq edəcək.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində IFC Azərbaycanda həyata keçirilən 40-a yaxın layihənin icrasına 400 mln. ABŞ dollarından artıq vəsait ayırıb.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024