Bank Of Baku

«Kövsər Bank» yanvar-iyun aylprında aktivlərini 42% artırıb

«Kövsər Bank» yanvar-iyun aylprında aktivlərini 42% artırıb
# 20 avqust 2008 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» Səhmdar Kommersiya Bankının (ASC) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 15,958 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 41,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,42% artaraq 2,644 mln. manata, məcmu kapitalı 41,5% artaraq 10,160 mln. manata, o cümlədən nizamnamə kapitalı isə 52,9% artaraq 9,925 mln. manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40,5% azalaraq 123,880 min manat, xərcləri isə 2,3 dəfə azalaraq 86,790 min manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir ildə 5,8 dəfə artaraq 37,090 min manat olub. Bundan başqa, həmin dövr ərzində bankın işçilərinin sayı 4% azalaraq 24 nəfər təşkil edib.
Xatırladaq ki, «Kövsər Bank» SKB İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün kredit vermir.
«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Hazırda bankın respublika üzrə 2 filialı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR