Norveç Azərbaycana qarşı Ümumiləşdirilmiş Preferensiyalar Sistemi proqramının aktivləşdirilməsinə dair qərar qəbul edib
20 avqust 2008 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Norveç Gömrük və Aksizlər İdarəsi rəsmi Bakıya Azərbaycana qarşı Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (ÜPS) proqramının aktivləşdirilməsinə dair qərar qəbul etdiyini bildirib. Bundan sonra Azərbaycan sahibkarları məhsullarını Norveçə güzəştli şərtlərlə ixrac edə biləcək.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvarın 1-dən etibarən 11 ölkə, o cümlədən ilk dəfə olaraq Azərbaycan Norveç Krallığının ÜPS proqramına daxil edilib. May ayında isə ÜPS proqramı ilə əlaqədar yeni qaydalar Norveçin müvafiq rəsmi İnternet saytında yerləşdirilib. ÜPS proqramına daxil edilsə də, həmin proqramdan istifadə edə bilməsi üçün Azərbaycanın bir sıra məlumatları qarşı tərəfə təqdim etməsi zəruri idi. Bununla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən zəruri məlumatlar hazırlanıb və iyul ayında Norveçin Azərbaycandakı səfirliyinə təqdim olunub.
Qeyd edək ki, hazırda MDB ölkələri arasında Norveçin ÜPS proqramı yalnız Azərbaycan və Gürcüstan üçün qüvvədədir.
Xatırladaq ki, Azərbaycanla yanaşı Avropa Birliyi, Kanada, Yaponiya, Türkiyə və İsveçrə də ÜPS proqramlarından istifadə edir. Cari ilin aprel ayında isə İqtisadi İnkişaf Nazirliyi tərəfindən ABŞ Ticarət Nümayəndəliyinə adıçəkilən ölkənin tətbiq etdiyi ÜPS proqramına Azərbaycanın benefisiar ölkə statusunda daxil edilməsi istiqamətində rəsmi müraciət ünvanlanıb.

Maliyyə
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15:47
6 may 2024
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb
14:48
6 may 2024
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib
12:18
6 may 2024