Bank Of Baku

Azərbaycanda I yarımillikdə toplanmış sığorta haqlarının həcminə görə «Azal Sığorta» liderlik edir

Azərbaycanda I yarımillikdə toplanmış sığorta haqlarının həcminə görə «Azal Sığorta» liderlik edir
# 20 avqust 2008 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-iyun aylarında ümumilikdə 96,87 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,1% çoxdur.
«APA-Economics»in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı araşdırmaya görə, toplanmış sığorta haqlarının həcminə görə «Azal Sığorta» şirkəti liderlik edir. Belə ki, şirkətin bu ilin birinci yarısında topladığı sığorta haqlarının həcmi 12,56 mln. manat təşkil edib. Nəticədə, «Azal Sığorta»nın ümumi sığorta daxilolmalarının strukturunda xüsusi çəkisi 13%-ə bərabər olub.
İlk üçlüyə həmçinin «MBASK» (12,12 mln. manat və ya 12,5%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (10,92 mln. manat və ya 11,3%) daxildir.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 28 sığorta təşkilatından 18-nin topladığı sığorta haqlarının məbləği 1 mln. manat səviyyəsindən artıq olub. Şirkətlər sırasında ən az sığorta haqqı isə «Əmrah Sığorta» toplayıb. Bu şirkətin daxilolmalarının həcmi 20 min manat (0,02%) təşkil edib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin topladıqları sığorta haqları üzrə tərtib etdiyi renkinq göstərilir:

(mln. manat)

S/S

Sığorta təşkilatları

Sığorta haqları

1

Azal Sığorta

12,56

2

MBASK

12,12

3

Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti

10,92

4

Beynəlxalq Sığorta Şirkəti

9,34

5

Standart İnsurance

9,02

6

Atəşgah

6,56

7

Xalq Sığorta

5,40

8

AzSığorta

4,73

9

Bakı Sığorta

3,85

10

A-Group

3,19

11

Paşa Sığorta

2,86

12

Qarant Sığorta

2,35

13

AtaSığorta

1,86

14

Kavkaz Sığorta

1,79

15

Başak-İnam

1,58

16

Star Alyans

1,55

17

Günay-Anadolu

1,48

18

Azərbaycan Sənaye Sığorta

1,02

19

Era Trans

0,97

20

BE&G

0,83

21

AIG Caspian İnsurance

0,80

22

Thames İnsurance Group

0,80

23

Alfa Sığorta

0,41

24

Abşeron

0,33

25

Azərqarant

0,20

26

Fidan

0,19

27

Nişan

0,05

28

Əmrah

0,02

Lisenziyası ləğv olunmuş sığorta təşkilatı

1

Azər-Asiya

0,11

Y E K U N

96,87

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR