Bank Of Baku

Azərbaycanda daha 1 940 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Azərbaycanda daha 1 940 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb
# 21 avqust 2008 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi sahəsində keçirdiyi növbəti operativ nəzarət tədbirləri zamanı 1 940 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nəzarət tədbirləri zamanı 978 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 128 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Həmçinin, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 257 vergi ödəyicisi aşkar edilib, 316 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olması faktları müəyyən edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 84 vergi ödəyicisində 93 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 58 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 91 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 28 vergi ödəyicisində 495,3 manat dəyərində 307 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR