Bank Of Baku

Azərbaycandakı qeyri-bank kredit təşkilatlarının sayı son bir ildə 2 vahid artıb

# 21 avqust 2008 13:35 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 2008-ci ilin iyul ayının 1-nə 96 vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 vahid çoxdur.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, qeyri-bank qurumlarının ümumi sayında kredit ittifaqları (77 vahid) əsas üstünlük təşkil edib. Bununla yanaşı, hesabat dövrünün sonuna Azərbaycanda beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilən 18 kredit təşkilatı, o cümlədən onların 47 filialı fəaliyyət göstərib.
Ötən ilin II rübünün sonuna olan göstəricilərlə müqayisədə kredit ittifaqlarının sayı dəyişməyib, beynəlxalq humanitar təşkilatlarının maliyyələşdirdiyi qurumların sayı isə iki vahid, filiallarının sayı isə 6 vahid artıb.
Qeyd edək ki, cari ilin əvvəlindən sadalanan hər iki kateqoriya üzrə yeni lisenziya almış kredit təşkilatı olmayıb.

MALİYYƏ

AÇIQ

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR