Bank Of Baku

«Qala Sığorta» ASC-nin 1 mln. manatlıq səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb

«Qala Sığorta» ASC-nin 1 mln. manatlıq səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb
# 22 avqust 2008 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edib. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, «Qala Sığorta» ASC səhmlərin yerləşdirilməsinə artıq bu ilin avqust ayında başlayacaq.

Qeyd edək ki, «Qala Sığorta»nın fəaliyyətinə dair lisenziya Azərbaycan Maliyyə Nazirliyi tərəfindən bu ilin iyul ayının 31-də verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR