Bank Of Baku

“Unibank”ın 10 milyon dollarlıq istiqrazların emissiya prospekti dövlət qeydiyyatına alınıb

“Unibank”ın 10 milyon dollarlıq istiqrazların emissiya prospekti dövlət qeydiyyatına alınıb
# 22 avqust 2008 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Unibank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı faizli istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, sayı 100 min ədəd, emissiyanın ümumi həcmi isə 10 milyon dollar təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, “Unibank” ASC istiqrazların yerləşdirilməsinə bu ilin avqust ayında başlayacaq.
Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivləri 479,397 mln. manat, kredit portfeli 358,761 mln. manat, depozit portfeli 145,395 mln. manat, məcmu kapitalı 66,604 mln. manat, nizamnamə kapitalı isə 15 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR