Bank Of Baku

Melli İran Bankının Bakı filialı son bir il ərzində mənfəətini 33% artırıb

Melli İran Bankının Bakı filialı son bir il ərzində mənfəətini 33% artırıb
# 22 avqust 2008 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 20,738 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 15% çoxdur.
Bankın Bakı filialından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,2% artaraq 7,443 mln. manata, depozit portfeli isə 34,2% genişlənərək 8,644 mln. manata çatıb. Bankın məcmu kapitalı 2,2% artaraq 11,121 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 1,497 mln. manat, xərcləri isə 0,6% artaraq 546 min manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 33,3% artaraq 952 min manat, xalis mənfəət isə 33,2% artaraq 742 min manat olub.
Bu dövr ərzində bankın işçiləri üçün orta aylıq əmək haqqı 30% artaraq 460 manat təşkil edib. Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR