Bank Of Baku

«Paşa Bank»ın mənfəəti bu ilin birinci yarısında 3 mln. manat təşkil edib

«Paşa Bank»ın mənfəəti bu ilin birinci yarısında 3 mln. manat təşkil edib
# 22 avqust 2008 15:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 149,482 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəricidən 3,2 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,5 dəfə artaraq 36,452 mln. manata, depozit portfeli isə 3,9 dəfə genişlənərək 44,312 mln. manata çatıb. Bankın məcmu kapitalı 3 dəfə artaraq 103,434 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 100 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri 15,8 dəfə artaraq 4,622 mln. manat, xərcləri isə 2 dəfə artaraq 1,667 mln. manat olub. Nəticədə, bankın mənfəəti bu ilin birinci yarısında 2,955 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bankın hazırda 2 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR