Bank Of Baku

Azərbaycanda yanvar-iyun aylarında sığorta haqlarının ən yüksək artım tempinə «Bakı Sığorta» şirkəti nail olub

Azərbaycanda yanvar-iyun aylarında sığorta haqlarının ən yüksək artım tempinə «Bakı Sığorta» şirkəti nail olub
# 25 avqust 2008 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin cari ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının məcmu həcmi 97,88 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,6% çoxdur.
«APA-Economics»in sığorta şirkətlərinin daxilomalarının artım tempi üzrə hazırladığı renkinqə əsasən, sığorta şirkətləri sırasında haqlar üzrə ən yüksək artım tempi «Bakı Sığorta» şirkətinə məxsus olub. Belə ki, bu sığorta şirkətinin son bir il ərzində topladığı haqların həcmi 35 dəfə (3418,18%) artaraq 3,87 mln. manata çatıb.
Növbəti iki yeri «Star Alyans» (675%) və «Kavkaz Sığorta» (376%) şirkətləri tutub. Qeyd edək ki, bu üç sığorta şirkətinin daxilomalarının ümumi həcminin məcmu sığorta haqlarında xüsusi çəkisi 7,4%-ə bərabərdir.
Bununla yanaşı, renkinqdə 8 sığorta şirkətinin daxilolmalarında azalma müşahidə olunub. Ən yüksək azalma tempi «Əmrah Sığorta» şirkəti üzrə qeydə alınıb. Belə ki, bu şirkətin sığorta haqlarının həcmi son bir ildə təxminən 2 dəfə (90,91%) azalıb.
«Qarant Sığorta» sığorta şirkətinin daxilolmalarının artım tempinin qeydə alınmaması isə şirkətin 2007-ci ilin noyabrından fəaliyyətə başlaması ilə bağlıdır.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir və bunların məcmu nizamnamə kapitalı 77,678 mln. manat təşkil edir. Bu ilin birinci yarısında sığorta şirkətlərinin gəlirləri 133,295 mln. manat, xərcləri 120,365 mln. manat, mənfəəti isə 12,930 mln. manat olub. Sığorta təşkilatları tərəfindən bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 792,991 min manat həcmində vəsait ödənilib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin haqlarının artım tempi üzrə tərtib etdiyi renkinq cədvəli göstərilir:

Sığorta şirkətləri

Artım/Azalma (% ilə)

1

Bakı Sığorta

3418,18%

2

Star Alyans

675,00%

3

Kavkaz Sığorta

376,32%

4

Fidan Sığorta

280,00%

5

AzSığorta

203,87%

6

Günay-Anadolu

174,07%

7

Abşeron Sığorta

166,67%

8

MBASK

166,17%

9

Beynəlxalq Sığorta Şirkəti

138,52%

10

BE&G

104,88%

11

Paşa Sığorta

75,82%

12

Nişan Sığorta

66,67%

13

Xalq Sığorta

64,44%

14

Azərbaycan Sənaye Sığorta

48,53%

15

Standart İnsurance

18,68%

16

Azərqarant

18,60%

17

A-Group

13,79%

18

Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti

12,31%

19

Başak-İnam

6,92%

20

Azal Sığorta

- 1,05%

21

Era Trans

- 4,90%

22

AtaSığorta

- 13,82%

23

AIG Caspian İnsurance Company

- 23,81%

24

Thames İnsurance Group

- 27,93%

25

Alfa Sığorta

- 41,43%

26

Atəşgah

- 41,82%

27

Əmrah Sığorta

- 90,91%

28

Qarant Sığorta

-

Lisenziyası ləğv olunmuş sığorta təşkilatı

1

Azər-Asiya

- 77,08%

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR