Bank Of Baku

«Muğan Bank» sentyabrda ilk sindikatlaşdırılmış kreditini cəlb edəcək

«Muğan Bank» sentyabrda ilk sindikatlaşdırılmış kreditini cəlb edəcək
# 25 avqust 2008 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sentyabr ayında ilk dəfə olaraq xaricdən sindikatlaşdırlımış kredit cəlb edəcək. Bu barədə «APA-Economics»ə bankın Audit Komitəsinin sədri Zaur Hacıyev məlumat verib.
Z.Hacıyevin sözlərinə görə, artıq kreditin ayrılmasına dair aparıcı xarici bankla müqavilə imzalanıb: «Kreditin həcmi 15 mln. ABŞ dolları olacaq. Qeyd etmək istəyirəm ki, kredit Azərbaycan bankına kiçik və orta sahibkarlığın inkişafı üçün ayrılır və bununla bağlı bu ilin sentyabr ayının 8-14-də Riqa şəhərində təqdimat mərasimi keçiriləcək».
Xatırladaq ki, «Muğan Bank»ın indiyədək beynəlxalq maliyyə qurumlarından cəlb etdiyi vəsaitlərin ümumi həcmi 20 mln. dollara çatır.
Qeyd edək ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 22 filialı, 21 bankomatı və 49 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR