Bank Of Baku

«Muğan Bank» sentyabrda daha üç filial açacaq

«Muğan Bank» sentyabrda daha üç filial açacaq
# 25 avqust 2008 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sentyabr ayında yeni üç filial açmaq niyyətindədir.
Bankın Audit Komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filialların 2-si paytaxt Bakıda, 1-i isə Goranboy rayonunda açılacaq: «Filialların icazəsi ilə bağlı artıq Azərbaycan Milli Bakına (AMB) rəsmi müraciət olunub. AMB-nin rəyindən sonra rəsmi icazə ilə filialların bu ilin sentyabrında işə başlaması gözlənilir».
Qeyd edək ki, bankın sonuncu iki filialı («Xəzər» və «Sahil») bu ilin avqust ayında Bakı şəhərində açılıb və hazırda bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR