Bank Of Baku

Gələn həftədən birjada Azərbaycan Beynəlxalq Bankının səhmlərinin yerləşdirilməsinə başlanacaq

Gələn həftədən birjada Azərbaycan Beynəlxalq Bankının səhmlərinin yerləşdirilməsinə başlanacaq
# 25 avqust 2008 11:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 1-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Beynəlxalq Bankının (ABB) sənədsiz adlı adi səhmlərinin yerləşdirilməsinə başlanacaq.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 500 mln. ədəd, emissiyanın ümumi həcmi isə 100 mln. manat təşkil edib. Emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «International Transaction System» MMC çıxış edəcək. Səhmlərin emissiya prospektinə əsasən, emitentin səhmdarları nizamnamə kapitalında paylarına münasib miqdarda yerləşdirilən səhmləri əldə etməkdə 10 ay ərzində üstünlük hüququna malikdirlər.
Qeyd edək ki, emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, ABB-nin nizamnamə kapitalı 2 dəfə artaraq 200 mln. manata çatdırılacaq.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin (Maliyyə Nazirliyi) iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR