Bank Of Baku

«Azərbaycan Kredit Bankı» SKB «MasterCard» sistemi üzrə xidmətlərə başlayıb

«Azərbaycan Kredit Bankı» SKB «MasterCard» sistemi üzrə xidmətlərə başlayıb
# 25 avqust 2008 13:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» Səhmdar Kommersiya Bankının (SKB) «MasterCard» beynəlxalq ödəniş sisteminə qoşulması ilə bağlı müvafiq lisenziya beynəlxalq qurum tərəfindən təsdiqlənib və artıq bank bu sistem üzrə xidmətlərə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müşaviri Seymur Əliyev bildirib.
S.Əliyevin sözlərinə görə, bank bu sistem üzrə plastik kartların emissiyasını «Austria-Card» şirkətinə sifariş etmək üçün danışıqlar aparır. İlkin olaraq emissiya üçün 6 min kart nəzərdə tutulub və kartların debet və kredit xüsusiyyətli olması isə emissiya prosesinin tam başa çatmasından sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycan bankı üzvlüklə bağlı «Visa İnternational» sisteminə də müraciət edib. Lakin, beynəlxalq qurumdan banka hələlik heç bir cavab verilməyib.
Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» SKB 2005-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivləri 26,597 mln. manat, kredit portfeli 22,156 mln. manat, depozit portfeli 4,552 mln. manat, məcmu kapitalı 11,974 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10,205 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR