Bank Of Baku

«FinanceLeasing» nizamnamə kapitalını 2,2 dəfə artırır

«FinanceLeasing» nizamnamə kapitalını 2,2 dəfə artırır
# 25 avqust 2008 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «FinanceLeasing» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 600 ədəd, emissiyanın ümumi həcmi isə 600 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, «FinanceLeasing» şrkətinin artıq gələn sentyabr ayının əvvəlində səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə ASC-nin nizamnamə kapitalı 2,2 dəfə artaraq 1,1 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edəcək.
Qeyd edək ki, «FinanceLeasing» ASC ötən ilin mart ayında yerli 16 fiziki şəxs tərəfindən təsis olunub. Lizinq əməliyyatlarının maliyyələşdirilməsi ilə yanaşı şirkət yerli avadanlıq istehsalçıları və maliyyə qurumları ilə (bank və sığorta təşkilatları) sıx əməkdaşlıq edir. Lizinq sahəsində isə şirkət əsas diqqəti fiziki şəxslərin, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə yetirir. Həmçinin, «FinanceLeasing» yerli və xarici şirkətlərin iştirakı ilə sindikatlaşdırılmış lizinq əməliyyatlarının həyata keçirilməsi ilə məşğul olmaq niyyətindədir. Hazırda şirkətin nizamnamə kapitalı 500 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR