Bank Of Baku

«Muğanbank» Dəniz Ticarət və İnkişaf Bankından 4 mln. dollar kredit alacaq

«Muğanbank» Dəniz Ticarət və İnkişaf Bankından 4 mln. dollar kredit alacaq
# 26 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankı (SKB) Qara Dəniz Ticarət və İnkişaf Bankından 4 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair razılıq əldə edib.
Bankın audit komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycanda ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin bu ilin sentyabr-oktyabr aylarında tam yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR