(mln. AZN)
Banklar | Nizamnamə kapitalı | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 100,00 |
2 | Paşa Bank | 100,00 |
3 | Xalg Bank | 53,55 |
4 | Bank Standard | 50,00 |
5 | Texnikabank | 26,91 |
6 | Kapital Bank | 24,00 |
7 | Nikoil Bank | 22,50 |
8 | Bank Avrasiya | 20,00 |
9 | Azərbaycan Mikromaliyyələşdirmə Bankı | 20,00 |
10 | UniBank | 15,00 |
11 | AGBank | 15,00 |
12 | Turanbank | 14,00 |
13 | Royal Bank of Baku | 13,94 |
14 | NBCBank | 13,59 |
15 | Azerdemiryolbank | 13,30 |
16 | AtaBank | 13,00 |
17 | Birlik Bank | 13,00 |
18 | Əmrahbank | 12,82 |
19 | Azərbaycan Sənaye Bankı | 12,80 |
20 | Kredo Bank | 12,64 |
21 | Bank Respublika | 12,58 |
22 | United Credit Bank | 12,10 |
23 | Zamin Bank | 11,20 |
24 | Muğan Bank | 11,00 |
25 | Günaybank | 10,89 |
26 | Azərnəqliyyatbank | 10,78 |
27 | Atrabank | 10,43 |
28 | Azərbaycan Kredit Bankı | 10,21 |
29 | Azər-Türk Bank | 10,00 |
30 | Bank of Azerbaijan | 10,00 |
31 | Qafqaz İnkişaf Bankı | 10,00 |
32 | Gəncəbank | 10,00 |
33 | Melli İran Bankı Bakı | 10,00 |
34 | Deka Bank | 9,59 |
35 | Para Bank | 9,39 |
36 | Kövsər Bank | 9,25 |
37 | Debut Bank | 8,75 |
38 | Rabitabank | 8,00 |
39 | Bank of Baku | 6,80 |
40 | YapıKredi Bank Azerbaijan | 6,35 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın məcmu kapitalı əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və s. subyektiv səbəblərlə bağlıdır.
Kapitallaşmanın səviyyəsinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Bu gün Azərbaycanda yalnız iki bankın - ABB və «Paşa Bank»ın nizamnamə kapitalının həcmi 100 mln. manat (123 mln. ABŞ dolları) həddinə çatıb.
Təqdiredici haldır ki, cədvəldə sonrakı üç yeri özəl bank təşkilatları – «Xalq Bank», «Bank Standard» və «Texnikabank» tutub. Bu, Azərbaycanın qeyri-dövlət bank sektorunun dinamik inkişaf etməsindən xəbər verir. Respublikanın ikinci dövlət bankı – «Kapital Bank» isə yalnız 6-ci yerdə qərarlaşıb.
Cədvəldən göründüyü kimi, yalnız 4 bankın nizamnamə kapitalının həcmi 50 mln. manat həddini (61,6 mln. ABŞ dolları), daha 9 bankın kapitalı 20 mln. manat həddini (24,6 mln. ABŞ dolları) keçib.
Cədvəldəki bankların yalnız 7-nin səhmdar kapitalı 10 mln. manat səviyyəsindən aşağıdır.