Bank Of Baku

«TBC Credit» təşkilatı bu ilin əvvəlindən kredit portfelini 86% artırıb

«TBC Credit» təşkilatı bu ilin əvvəlindən kredit portfelini 86% artırıb
# 01 sentyabr 2008 14:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Credit» qeyri-bank kredit təşkilatının (keçmiş «SOA Credit») kredit portfelinin həcmi bu ilin sentyabr ayının 1-nə 19,5 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəricidən 85,7% çoxdur.
«TBC Credit» təşkilatının direktor müavini Əjdər Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, kredit portfelinin 45%-ni daşınmaz əmlak, 43%-ni biznes kreditləri və 12%-ni istehlak kreditləri təşkil edib. Bu ilin əvvəlinə nisbətən təşkilatın müştərilərinin sayı 2 dəfə artaraq 1100 nəfərə çatıb.
Qeyd edək ki, «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatının brendi bu ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı - «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır.
Xatırladaq ki, ABŞ-ın «Shore Bank Group»un üzvü olan «SOA Credit» təşkilatı Azərbaycanda 1999-cu ilin dekabrında yaradılıb. Təşkilat kreditlərin verilməsi prosesinə 2000-ci ilin fevralından başlayıb. Cari ilin sentyabr ayının 1-nə bankın nizamnamə kapitalı 10 mln. dollar təşkil edir. Bu ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR