Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının veb-saytı gələn həftə istifadəyə veriləcək

Azərbaycan Sığortaçılar Assosiasiyasının veb-saytı gələn həftə istifadəyə veriləcək
# 01 sentyabr 2008 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayının 8-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəsmi veb-saytı (www.asa.az) istifadəyə veriləcək. ASA-nın icraçı direktoru Qafar Məcidovun «APA-Economics»ə verdiyi məlumata görə, sayt sentyabrın 8-dən etibarən test rejimində istifadəyə veriləcək bu rejim ayın sonuna kimi davam edəcək.
Sayt portal şəklində hazırlanır və burada sığorta sektoruna aid qanunvericilik bazası, sığorta şirkətlərinin rəhbər şəxsləri üçün xüsusi bölmə, mətbuat guşəsi, həmçinin sığorta tədrisi ilə bağlı məlumatlar yerləşdiriləcək.
Qeyd edək ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda quruma 29 sığorta şirkəti üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR