Bank Of Baku

«Bank SilkWay» ilin sonunadək nizamnamə kapitalını 2 dəfə artıracaq

«Bank SilkWay» ilin sonunadək nizamnamə kapitalını 2 dəfə artıracaq
# 01 sentyabr 2008 15:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi nizamnamə kapitalını 2 dəfə artıraraq 20 mln. manata çatdıracaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalı bankın mövcud səhmdarları hesabına artırılacaq. Yaxın iki ay ərzində bununla bağlı bankın Müşahidə Şurasının növbəti iclasının keçilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edir.
Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» SKB adı ilə yaradılıb. Bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və fiziki şəxslər çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR