Bank Of Baku

Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinin kəsilməsi Azərbaycan bazarında idxal mallarının ucuzlaşmasına səbəb ola bilər

Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinin kəsilməsi Azərbaycan bazarında idxal mallarının ucuzlaşmasına səbəb ola bilər
# 02 sentyabr 2008 08:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki ölkə arasında ticarət mübadiləsində yaranmış bu gərginlik Rusiya və Türkiyənin yeritdiyi xarici siyasətinin nəticəsi kimi səciyyələnir. Belə ki, münasibətlərin pisləşməsinin əsas səbəbi avqust ayında ABŞ-a məxsus hərbi gəmilərin Gürcüstan üçün nəzərdə tutulmuş humanitar yüklə Dardanel və Bosfor boğazlarından Qara dəniz hövzəsinə daxil olması ilə bağlıdır. Bununla əlaqədar bu gün Rusiyanın xarici işlər naziri Serqey Lavrov Türkiyəyə səfər edəcək. Səfər zamanı Ankarada iki ölkə arasında yaranmış bu problemin ətrafında ciddi müzakirələrin aparılacağı gözlənilir.
Bu məsələni, o cümlədən qarşılıqlı embarqonun Azərbaycan bazarına mümkün təsirini şərh edən İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov baş verən son hadisələrin ölkəmizin daxili bazarına mənfi təsir göstərməyəcəyini bildirib. Ekspert bütün baş verənlərdən əsasən iş adamlarının zərər çəkəcəyini və nəticədə Türkiyə mallarının ixracı üçün alternativ ölkə kimi Azərbaycanın seçilməsini mümkün sayır. Bu da sonda Azərbaycanın daxili bazarında idxal məhsullarının satış qiymətində müəyyən ucuzlaşmanın yaranmasına səbəb ola bilər.
İqtisadçı ekspert Zahid Məmmədov isə Rusiya ilə Türkiyə arasında ticarət sahəsində yaranmış gərginliyin hər iki dövlətə, xüsusən də Türkiyənin daxili bazarına böyük təsir göstərəcəyini bildirib. Belə ki, iki ölkə arasındakı mal dövriyyəsinin həcmi artıq 28 mlrd. ABŞ dolları həddini ötüb, bu ölkəyə gələn turistlərin 70%-ni ruslar təşkil edir. Bununla yanaşı, ekspert baş verən hadisələrin Azərbaycanın daxili bazarına ciddi təsir etməyəcəyini vurğulayır. Vəziyyətdən çıxış yolunu isə Z.Məmmədov iki dövlət arasında yaranan fikir ayrılığının diplomatik danışıqlar yolu ilə həll edilməsinə görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR