Bank Of Baku

Avqustda Azərbaycanda səhmlər üzrə 550 alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınıb

Avqustda Azərbaycanda səhmlər üzrə 550 alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınıb
# 02 sentyabr 2008 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan Milli Depozit Mərkəzi (MDM) tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 7 müqavilə bağlanıb ki, bu da əvvəlki ayla müqayisədə 2,5 dəfə çoxdur.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, avqust ayı ərzində 4 787 329 manat nominal dəyərində olan 2 685 445 səhm üzrə 550 alqı-satqı müqaviləsi və 4 979 650 manat nominal dəyərində olan 6 011 istiqraz üzrə 5 alqı-satqı müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, cari ilin ilk səkkiz ayı ərzində MDM tərəfindən səhmdar cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarların reyestrinin aparılmasına dair 81 müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR