Bank Of Baku

«Bank SilkWay» sentyabrın 15-dən «Visa» sistemi üzrə xidmətlərə başlayacaq

«Bank SilkWay» sentyabrın 15-dən «Visa» sistemi üzrə xidmətlərə başlayacaq
# 02 sentyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sentyabr ayının 15-dən etibarən «Visa İnternational» ödəniş sistemi üzrə xidmətlərə başlayacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə beynəlxalq qurumla bank arasında bu ilin iyun ayında müvafiq sənədlər imzalanıb. İlkin mərhələdə bu sistem üzrə ən azı 10 min plastik kartın emissiyası nəzərdə tutulur.
Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» adı ilə yaradılıb. Bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun tərkibində olan strukturlar öz paylarını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları sırasına «SilkWay Holding» (83,66%) və fiziki şəxslər daxildir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR