Bank Of Baku

Azərbaycanda maşınqayırma sənayesinə xidmət göstərən beş iri müəssisənin səhmləri investisiya müsabiqəsinə çıxarılıb

Azərbaycanda maşınqayırma sənayesinə xidmət göstərən beş iri müəssisənin səhmləri investisiya müsabiqəsinə çıxarılıb
# 02 sentyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən regionlarda kimya və maşınqayırma sənayesi, habelə tikinti sahəsinə aid 5 səhmdar cəmiyyətinin səhmləri investisiya müsabiqəsinə çıxarılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Bunlar, «Sumqayıt Superfosfat», «Mingəçevir Texniki Rezin», «Mingəçevir Regenerat», «Bakı Elektroavtomat» və «Ceyranbatan Sutikintitəchizat» ASC-ləridir.
Əsas fəaliyyət növü maşınqayırma sənayesi üçün paylayıcı elektrik lövhələri və daxili elektrik şəbəkəsi üçün avadanlıq, regenerat və texniki rezin məmulatlarının, sulfat turşusu, müxtəlif gübrələr və başqa kimyəvi məhsulların istehsalı, habelə tikinti materiallarının təchizatı olan bu səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ilə bağlı elan edilən investisiya müsabiqəsində Azərbaycan investorları ilə yanaşı, xarici sərmayəçilər də iştirak edə bilərlər.
Müsabiqələrdə iştirak etmək üçün investorlar müəssisələrin istehsal prosesinin inkişafı, beynəlxalq norma və standartlara cavab verən ixracyönümlü məhsul istehsalına nail olmaq üçün bir sıra şərtləri özündə cəmləşdirən İnvestisiya Proqramlarını təqdim etməlidirlər. Təqdim olunacaq İnvestisiya Proqramlarında bu səhmdar cəmiyyətlərində istehsal prosesinin yenidən qurulması məqsədilə, müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, istehsal olunan məhsulun keyfiyyətinin müasir standartlara uyğunlaşdırılması və çeşidinin artırılması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması kimi məsələlərin həlli öz əksini tapmalıdır.
Bu müsabiqələrin keçirilməsi nəticəsində dövlət büdcəsinə 3 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur.
Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı elan olunan müsabiqələrin qalibləri həmçinin səhmdar cəmiyyətlərinin əmək haqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərin həyata keçirilməsini təmin etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR